вторник, 8 ноября 2011 г.

ДИСП

Qohum funksiyalar:
Sintaksis:
    ДИСП(число1;число2;...)
Nəticə:
    Seçməyə görə baş disperiyanı qiymətləndirir.
Arqumentlər:
    число1, число2,...:  baş külliyyatdan olan seçməyə uyğun 1-dən 255-ə qədər arqument.
Qeydlər:
  •      ИСТИНА ЛОЖЬ kimi məntiqi qiymətlər və mətn fraqmentləri nəzərə alınmır. Əgər onların nəzərə alınması zəruridirsə, onda ДИСПА funksiyasından istifadə etmək lazımdır;
  •      ДИСП funksiyası arqumentlərin baş külliyyatdan seçmə olduğu hal üçün nəzərdə tutulmuşdur. Əgər verilənlər bütün baş külliyyatı əhatə edirsə, onda ДИСПР funksiyasından istifadə edirlər.
Misal
Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). Detalların sınmağa müqavimətinin dispersiyasını hesablamalı.
Həlli
Seçməyə görə dispersiya (yerini dəyişməyən qiymətləndirmə) aşağıdakı düsturla hesablanır:


Detalların sınmağa müqavimətinin orta qiymətini hesablayaq:





İndı də məsələni ДИСП funksiyasının köməyi ilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
1
1345
1301
1368
1322
1310
1370
1318
1350
1303
1299



2. Nəticənin yazılacağı oyuğu seçək ($A$3)
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından ДИСП funksiyasını seçək. Bu zaman ДИСП funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:J1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 oyuğunda hesablamanın nəticəsi olan 754,3 qiyməti əmələ gələcəkdir.